Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 ”Dünya ədəbiyyatı incilərindən-Aleksandr Düma” başlıqlı kitab xülasəsi keçirilib

26.07.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin 24 saylı kitabxana filialı 24.07.2022-ci il tarixdə Fransız ədəbiyyatının tanınmış yazıçısı Aleksandr Dümanın anadan olmasının 220 illiyi münasibətilə  "Dünya ədəbiyyatı incilərindən-Aleksandr Düma" başlıqlı kitab xülasəsi keçirdi. Aleksandr Dümanın həyat və yaradıcılıgı haqqında ətraflı məlumatı kitabxanaçı Mehriban Məmmədzadə verdi: A.Düma 24 iyul 1802-ci ildə Fransada ziyalı ailədə anadan olmuşdur. Zamanında yaxşı təhsil ala bilməsə də kıtab oxumağa sonsuz həvəsi vardı.Yaradıcılığa gənc yaşlarında dramaturq kimi başlamışdı. Ədəbiyyat tarixində dramaturq kimi müəyyən rol oynamış Düma ən çox romançı kimi yaddaşlarda qalıbdır. Düma romanları bütövlükdə mühüm tarixi hadisələrin əksi ilə səciyyələnir. Kitabxanaçi buna misal olaraq uşaqları Dümanın   fondumuzda olan 13 cilddən ibarət olan  seçilmiş əsrləri və "Üç muşketyor" kitabları ilə tanış etdi. Alekssndr Düma 1870-ci il dekabrın 5-də Fransanın alman ordusu tərəfindən işğalı zamanı vəfat etmişdir.

 

137.6 KB

 

115.4 KB